AZ

Nyukasl Qarabağ azarkeşləri üçün neçə bilet ayırıb?

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Nyukasl" "Qarabağ" azarkeşləri üçün neçə bilet ayırıb?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində  keçiriləcək “Nyukasl” - “Qarabağ” matçında Ağdam təmsilçisinin azarkeşləri üçün ayrılan bilet sayı məlum olub.

Bu barədə QOL.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhəbri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, İngiltərə təmsilçisi "Qarabağ" fanatları üçün 2466 yer ayırıb. 

 "St James' Park"da keçiriləcək “Nyukasl” – “Qarabağ” matçının biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq.  Azarkeşlər biletlərini iTicket.az saytından əldə edə bilərlər. 

Qeyd edək ki, "Nyukasl"la "Qarabağ" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
qol.az

3Mənbələr