ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Pedofiliya və insan alverində ittiham ediləcək həbs olunan, 2019-cu ildə kamerasında ölü tapılan amerikalı milyarder Cefri Epşteynin DNT nəticəsi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Genetik tədqiqatçı, DNT layihə admini Orxan Xansuvarın paylaşımında qeyd olunur.
Tədqiqatçının sözlərinə görə, Epşteyn autosomal səviyyədə yəhudi olsa da, ata xətti ilə heç bir Şərq xalqı, xüsusən ərəb və yəhudi xalqları, eyni zamanda semitlərlə bağlılığı yoxdur:
“Belə ki, rəsmi DNT layihələrinə əsasən Epşteynin Y DNT haploqrupu R1b haploqrupunun U152 altındakı BY174818 subkladıdır. Bu subklad əsasən Proto-İtalik qol sayılır və Orta Avropa xəttidir. Əsasən Çexiyada geniş yayılıb. Təxmini olaraq, Epşteynin ulu babalarının 700-800 il öncə Çexiyada yəhudiləşən Avropalı olması məsələsini təsdiqləyir. Bu da göstərir ki, Epşteynin ata nəsli avropalıdır, lakin autosomal baxımından yəhudidir”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.