AZ

İrəvanda Vensə qarşı etiraz aksiyası keçiriləcək?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana rəsmi səfəri ilə eyni vaxta təsadüf etmək üçün fevralın 9-da İrəvanın mərkəzində etiraz aksiyası planlaşdırılır.

“Cebheinfo.az”-ın məlumatına görə, tədbir Qarabağda ləğv olunmuş qondarma rejimin Ermənistana qaçmış nümayəndələri tərəfindən təşkil olunub.

Aksiya rəsmi Vaşinqtonun və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda saxlanılan erməni əsilli hərbi cinayətkarların və uydurma rejimin keçmiş liderlərinin azad edilməsi məsələsinə cəlb etmək məqsədi daşıyır.

Etiraz tədbirinin saat 17:00-da Respublika meydanında başlayacağı gözlənilir.

Seçilən
79
cebheinfo.az

1Mənbələr