“Apple” 2026-cı ilə zəngin məhsul buraxılışı seriyası ilə başlayacaq. Bu barədə mənbələrə istinadən “Bloomberg”in icmalçısı Mark Gurman yazır. A19 çipi və “MagSafe” dəstəyi ilə iPhone 17e 2026-cı ilin fevralında satışa çıxacaq.
Model 2025-ci ildə təqdim edilmiş iPhone 16e-ni əvəz edəcək. Başlanğıc qiymət isə dəyişməyəcək — 599 dollar olaraq qalacaq. “MacRumors” portalının məlumatına görə, cihaz 19 fevral 2026-cı ildə təqdim oluna bilər.
Şirkət həmçinin yenilənmiş iPad modellərini buraxacaq — baza versiya A18 prosessoru ilə, iPad Air isə A4 çipi ilə gələcək. Bundan əlavə, A18 çipli iPad ilk dəfə “Apple Intelligence” dəstəyi alacaq ki, bu da yeni modelin tanıdılmasında “əsas” element olacaq.
“Apple” yaxın zamanda yeni MacBook Pro və Air modellərini də təqdim edəcək, lakin əsas yenilik iPhone prosessoru ilə işləyən aşağı büdcəli MacBook olacaq, Gurman qeyd edir. Şirkət hesab edir ki, bu cihaz Mac ekosisteminə keçmək istəyənlər üçün “cəlbedici giriş nöqtəsi” olacaq. Gurman hələ 2025-ci ilin payızında vurğulamışdı ki, kompüterin qiyməti “xeyli dərəcədə” 1000 dollardan aşağı olacaq.