Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illikyubiley tədbirlərində iştirak edən italiyalı qonağın səfərdən sonraqələmə aldığı məqalə nüfuzlu Toskana jurnalında dərc edilib.
Bu barədə Trend-ə universitetin mətbuat xidmətindən məlumatverilib.
Bildirilir ki, məqalədə Bakı və Florensiya arasında uzunillərdir formalaşan akademik və mədəni əməkdaşlıq, sülh vəmədəniyyətlərarası dialoq kontekstində təqdim olunub.
Luca Chiarello tərəfindən yazılan “Firenze e Baku unite nellacostruzione dell’Industria della Pace” adlı məqalədə vurğulanır ki,mədəniyyətlərarası dialoq təkcə simvolik tədbirlərlə deyil,uzunmüddətli tərəfdaşlıq, qarşılıqlı etimad və konkret layihələrvasitəsilə formalaşır. Müəllif qeyd edir ki, bu baxımdan AzMİUBakı–Florensiya əməkdaşlığının əsas akademik və institusionalmərkəzlərindən birinə çevrilib.
Məqalədə bildirilir ki, Palazzo Coppini, Fondazione Romualdo DelBianco – Life Beyond Tourism təşəbbüsü ilə həyata keçirilənlayihələr çərçivəsində Bakı “Sülh sənayesinin qurulması” ideyasınınmühüm beynəlxalq platformalarından biri kimi çıxış edir. Xüsusiləmüharibəni simvolizə edən metalın sülh rəmzinə çevrilməsi ideyasınıdaşıyan “Stupore 1945–2025” layihəsinin ilk beynəlxalq təqdimatıüçün Bakının və AzMİU-nun seçilməsi təsadüfi deyil.
Yazıda Bakı ilə əməkdaşlığın tarixi köklərinə də toxunulur. Qeydedilir ki, 2000-ci illərin əvvəllərində Florensiyada PalazzoVecchio-da keçirilən görüş zamanı Azərbaycan Memarlıq və İnşaatUniversiteti ilə tanışlıq baş tutub və bu tanışlıq sonradan 25ildən artıq davam edən etibarlı və strateji tərəfdaşlığa çevrilib.Bu əməkdaşlıq mədəni irsin dialoq məkanı kimi qəbul edilməsinəəsaslanan ortaq baxış üzərində qurulub.
Məqalədə AzMİU-nun 50 illik yubileyi münasibətilə keçiriləntədbirlər xüsusi vurğulanır. Bildirilir ki, Fondazione Romualdo DelBianco bu yubileyə dəvət olunmuş yeganə İtaliya institusiyası olubvə yüksək səviyyəli dövlət və ictimai nümayəndələrin iştirak etdiyitədbirlər AzMİU-nun regional və beynəlxalq miqyasda nüfuzunu birdaha təsdiqləyib. Müəllif universiteti Qafqaz regionunda akademikvə mədəni şəbəkələrin formalaşmasında mühüm aktor kimidəyərləndirir.
Məqalədə AzMİU-nun rektoru, memarlıq doktoru, professor GülçöhrəMəmmədovanın rolu ayrıca qeyd olunur. Onun liderliyinin Bakı vəFlorensiya arasında qurulan əməkdaşlığın əsas sütunlarından biriolduğu, universitetin isə yalnız akademik tərəfdaş deyil, dəyərlərəəsaslanan dialoqu praktik şəkildə həyata keçirən institusionalmərkəz kimi çıxış etdiyi vurğulanır.
Yazıda Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhərin UNESCODünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi də geniş şəkildəişıqlandırılır. Müəllif İçərişəhəri mədəni irsin qorunması ilə sülhideyalarının birləşdiyi canlı məkan kimi təqdim edir və AzMİU-nunbu proseslərdə elmi-intellektual dəstəyini xüsusi qeyd edir.UNESCO-nun “Heritage for Building Peace” çağırışının məhz buəməkdaşlıq kontekstində real məzmun qazandığı vurğulanır.
Məqalədə həmçinin AzMİU ilə əlaqəli olaraq Florensiya, Şəki,Gəncə və Şuşanı əhatə edən mədəni təşəbbüslər, sərgilər, elmitədbirlər və “Danışan məkanlar” (Luoghi Parlanti) platformasındaAzərbaycanın yer alması qeyd edilir. Bu təşəbbüsləruniversitetlərarası əməkdaşlığın mədəni diplomatiya müstəvisinəkeçidinin nümunəsi kimi dəyərləndirilir.
İtaliya nəşrində dərc olunan məqalə AzMİU-nun 50 illikyubileyinin yalnız bir tarix deyil, universitetin beynəlxalq elmi,mədəni və humanist dəyərlər üzərində qurulmuş fəaliyyətinintəqdimatı olduğunu göstərir. Məqalədə Bakı–Florensiya əlaqələrisülhə, dialoqa və ortaq gələcəyə xidmət edən mədəni körpü kimixarakterizə olunur.