Bu gün tanınmış rus şair, tərcüməçi və ədəbi tənqidçi Vasili Jukovskinin doğum günüdür.
Kulis.az onun "Nəğmə" şeirini təqdim edir.
Gündoğana, gündoğana
Can atır yer kürəsi.
Gündoğana, gündoğana
Uçur könül nəğməsi.
Çox uzaqda, gündoğanda,
Göy meşədən o yanda,
Göy dağların arxasında
Bir gözəl ömür sürür.
Ayrılıq baş verdi yəqin;
Düşünürəm o gözəl,
Möcüzəli keçmişlərin
Qəşəng əfsanəsidir.
O sanki əski günlərdən
Qonaq gəlmişdi mənə.
Bir nəşəli yuxu idi,
Bəxtim gülmüşdü mənə.