AZ

Həndbol üzrə Azərbaycan çempionatının VI turuna yekun vurulub

Həndbol üzrə XXXII ölkə çempionatında VI tura yekun vurulub.

Bu barədə "Report"a Azərbaycan Həndbol Federasiyasından bildirilib.

Qadın həndbolçuların mübarizəsində "Azəryol" "Təhsil"i 33:7, "İdman Akademiyası" "Bakı"nı 26:8, "Kür" isə "Qarabağ"ı 40:15 hesabı ilə üstələyib.

Kişilərin yarışında "Dinamo" "Təhsil" üzərində 32:31 hesablı qələbə qazanıb. "Bakı" "Azəryol"u 33:19, "Qarabağ" isə "Kür"ü 26:22 hesabı ilə məğlub edərək hesabına növbəti xalları yazdırıb.

Seçilən
42
1
far.az

2Mənbələr