Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyevin məhkəməsi başlayıb.
"Far.Az"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub və iclas fevralın 23-nə təyin edilib.
Qeyd edək ki, o, 2025-ci ilin oktyabr ayında həbs olunub.
İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.