AZ

İranda Pezeşkianı dəstəkləyən siyasi fiqurlar həbs edilib

İranda bir neçə nəfər ictimai-siyasi xadim həbs edilib.

APA İran mediasına istinadən xəbər verir ki, saxlanılanlar arasında İslahat Cəbhəsi və Millətin birliyi partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari Ebrahim Əsğərzadə, sabiq diplomat Mohsen Əminzadə və İslahat Cəbhəsinin mətbuat katibi Cəvad Emam var.

Onları təhlükəsizlik qüvvələri yaşadıqları ünvanda məhkəmə qərarı əsasında həbs edib, araşdırma aparılır.

Sözügedən şəxslər “milli birliyi hədəf almaqda, siyasi-ictimai nizamı pozmaqda, konstitusiyaya zidd mövqe tutmaqda, eyni zamanda, düşmən təbliğatı ilə eyni mövqeni bölüşməkdə” və s. digər ittihamlarla tutulublar.

Məlumata görə, İslahatçı Cəbhə Məsud Pezeşkianın prezident seçkilərində qalib gəlməsində mühüm rol oynayıb.

Seçilən
19
2
apa.az

3Mənbələr