Antonio Jose Sequro Portuqaliyanın səkkizinci Prezidenti seçilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətdə olan Sosialist Partiyasının (PS) namizədi Antonio Jose Sequro bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 66,2%-ni qazanıb.
Portuqaliya Milli Seçki Komissiyası tərəfindən açıqlanan rəsmi nəticələrə görə, Sequro səslərin 66,2%-ni, ifrat sağçı “Çeqa” partiyasının lideri Andre Ventura isə 33,8%-ni toplayıb.