
ABŞ artıq Ankoricdə Ukrayna ilə bağlı özünün irəli sürdüyü təkliflərə hazır deyil. Rusiya isə ABŞ-la iqtisadi münasibətlərdə heç bir “parlaq gələcək” görmür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov beynəlxalq "TV BRICS" şəbəkəsinə müsahibəsində bildirib.
“Ankoricdə biz ABŞ-ın təklifini qəbul etmişdik. Ukrayna ilə bağlı irəli sürdükləri təkliflərə biz hazır idik (indi isə onlar hazır deyillər). Bundan əlavə, iqtisadi sahədə də heç bir "parlaq" gələcək görmürük”, — deyə nazir vurğulayıb.
Lavrovun sözlərinə görə, amerikalılar aparıcı ölkələrin və bütün qitələrin enerji resursları ilə təminat marşrutlarını öz nəzarətləri altına almaq istəyirlər. “Avropa qitəsində onlar üç il əvvəl partladılan "Şimal axını" qaz kəmərlərinə, Ukraynanın qaz nəqliyyat sisteminə və "Türk axını"na baxırlar. ABŞ-ın məqsədi — qlobal iqtisadiyyatda dominantlıq — ədalətli rəqabətə uyğun gəlməyən çoxsaylı məcburedici tədbirlərdən istifadə etməklə həyata keçirilir”, — deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri əlavə edib ki, “tariflər, sanksiyalar, birbaşa qadağalar, bəzi ölkələrə və qurumlara ünsiyyətin qadağan edilməsi” kimi tədbirlər Rusiyanın nəzərə almağa məcbur olduğu amillərdir.
Məryəm Quliyeva