AZ

Həccə gedənlər azalıb: Azərbaycanlılar üçün qiymət ucuzlaşacaq?

Azərbaycandan Həcc ziyarəti üçün kvotanın 70 faizi tamamlanıb.

Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Bildirilib ki, Həccə niyyətli olan vətəndaşlar yubanmadan gəlib qeydiyyata alınmalıdırlar.

İlahiyyatçı Yaşar Qurbanov “Cebhenfo.az”-a bildirib ki, Həcc ziyarətində qiymətlərin baha olması təkcə Azərbaycanla əlaqəli deyil: 

“Qiymət artımı Səudiyyə Ərəbistanında otellərin, ziyarətçilər üçün qurulan çadırların və digər xidmətlərin bahalaşması ilə əlaqədardır. Bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı deyil”. 

İlahiyyatçı qeyd edib ki, Həccə gedənlərin sayının azalması qiymətlərin aşağı düşəcəyini göstərmir:

“Həcc ziyarətinə gedənlərin sayı azalsa belə, qiymətlər dəyişməyəcək. Çünki bu məbləğlər göstərilən xidmətlərin dəyəri ilə əlaqəlidir. 

Səudiyyə Ərəbistanında ziyarətçilərin daha rahat ibadət etməsi və sıxlığın azaldılması məqsədilə yeni qaydalar tətbiq edilib. Bu səbəbdən ziyarətçi sayının azalmasına baxmayaraq, qiymətlərin enməsi gözlənilmir”. 

Qeyd edək ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq, 2026-cı il Həcc ziyarəti üçün sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixində başa çatacaq. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bütün xidmətlər nəzərə alınmaqla, 2026-cı il Həcc mövsümü üçün bir nəfərlik ziyarət paketinin qiyməti 6100 ABŞ dolları (10 370 manat) müəyyən edilib. 

Seçilən
68
cebheinfo.az

1Mənbələr