AZ

Bu ilin 8 avqustunda sülh müqaviləsinin imzalanması gözlənilir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Vensin səfəri və sülh gündəliyinə verilən açıq dəstək onu göstərir ki, Cənubi Qafqaz artıq qlobal güclərin prioritet istiqamətlərindən birinə çevrilib"

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu axşam İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcək.

Ermənistan mediası xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, görüşdən sonra Vens və Paşinyan birgə bəyanatla çıxış edəclər.

Vensi səfərdə həyat yoldaşı Uşa Vans müşayiət edəcək.

Məlumata görə, ABŞ vitse-prezidenti sabah Azərbaycana yola düşəcək.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri regionda siyasi-diplomatik proseslərin intensivləşdiyi bir vaxta təsadüf edir. İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan görüş fonunda Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh gündəliyinin irəli aparılması və regional kommunikasiyaların açılması məsələlərinə artan diqqəti aydın şəkildə görünür. Bu səfər, eyni zamanda, ABŞ-nin Cənubi Qafqazda strateji mövqelərini möhkəmləndirmək niyyətinin növbəti göstəricisi kimi qiymətləndirilir.

Millət vəkili Elman Nəsirov Sherg.az-a bildirib ki, ABŞ-nin vitse-prezidenti C.D. Vensin Cənubi Qafqaz turnesi regionda diplomatik fəallığın yeni mərhələyə keçdiyini göstərir:

“Vinson artıq Ermənistandadır və sabah Azərbaycan paytaxtına səfəri gözlənilir. Bu səfər əvvəlcədən planlaşdırılıb və xüsusilə keçən ilin 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalardan sonra təmasların intensivləşməsiilə diqqət çəkir. Yüksək səviyyəli bu diplomatik görüşlərin əsas diqqət mərkəzində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi dayanır. Sülh gündəliyinin irəli aparılması kontekstində xüsusilə Zəngəzur dəhlizi daha doğrusu, “Tramp marşrutu” adlandırılan kommunikasiya xətti ətrafında müzakirələr aparılır”.

Parlamentari proqnozlaşdırıb ki, bu ilin 8 avqust tarixində Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür:

“ Bu ehtimalın irəli sürülməsinin əsas səbəbi Ermənistanda iyunun 7-də gözlənilən parlament seçkiləridir. Həmin tarixdən sonra referendumun keçirilməsi, yeni konstitusion dəyişikliklərin edilməsi və bu dəyişikliklər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hüquqi baxımdan aradan qaldırılması ehtimal olunur. Belə bir hüquqi və siyasi zəmin yaranacağı təqdirdə avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin imzalana bilər. Vensin səfəri də məhz bu məqsədlə sülh prosesi üçün münbit şəraitin hazırlanmasına xidmət edir”.

E.Nəsirov əlavə edib ki, xüsusilə Zəngəzur marşrutu ilə bağlı məsələlərin daha detallı və ciddi müzakirə ediləcəyi gözlənilir:

“Məlumata görə, ABŞ bu layihə çərçivəsində ilkin mərhələdə 145 milyon dollar vəsait ayırıb. Ermənistan və ABŞ arasında birgə idarəetmə mexanizmi yaradılıb və gəlirlərin bölüşdürülməsi prinsipləri də artıq müəyyən edilib.Razılaşmaya əsasən, ilk 50 il ərzində layihədən əldə edilən gəlirlərin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana çatacaq. Növbəti 49 il ərzində isə bu nisbət dəyişəcək: Ermənistanın payı 49 faizə yüksələcək, ABŞ-ın payı isə 51 faiz təşkil edəcək”.

Deputat vurğulayıb ki, Vensin Azərbaycana səfəri çərçivəsində isə Prezident İlham Əliyevlə 8 avqustda əldə edilən razılaşmalar konteksində danışıqların aparılması ehtimal edilir:

“ABŞ-nin regiona artan diqqəti, Vensin səfəri və sülh gündəliyinə verilən açıq dəstək onu göstərir ki, Cənubi Qafqaz artıq qlobal güclərin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevə Vaşinqtonda verilən yüksək qiymət, onun beynəlxalq tədbirlərdə prinsipial, qətiyyətli və uzaqgörən lider kimi təqdim olunması bu reallığı təsdiqləyir. Müşahidələr göstərir ki, bu səfər təkcə Ermənistan-Azərbaycan sülhü ilə məhdudlaşmır. Paralel olaraq Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıqla bağlı yeni sənədlərin imzalanması da yaxın perspektivdə müzakirə predmetidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
sherg.az

1Mənbələr