“Starlink”in istifadəsinə qoyulan məhdudiyyətlərə baxmayaraq, Rusiya ordusu uçuş zamanı quraşdırılmış modemlər vasitəsilə bir-biri ilə əlaqələndirilən dron şəbəkələrini idarə edə bilər.
Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov bu barədə məlumat verib.
O bildirib ki, dronlar arasında əlaqə qurulur. Hər bir dronda olan modem eyni vaxtda digərlərindən siqnal ötürə və qəbul edə bilir. Bu, havada bir əlaqə sıradan çıxsa belə, toxunulmaz qalan dronlar zəncirini yaradır. Belə bir zəncirdə PUA-ların onlayn idarə olunması GPS əsaslı dron idarəetməsindən daha dəqiq hücumlara imkan verir.
“İndi Rusiyanın hücumlarını görürük — bu, başqa bir məsələdir. Onlar sadəcə Rusiyadan gələn radio modemlər şəbəkələrindən istifadə PUA-ları idarə edirlər. Bu bizim üçün, şəxsən mənim üçün bir çağırışdır. Və biz bunu da aradan qaldıracağıq.
Müdafiə nazirinin müşaviri şəbəkə dronlarının necə bloklanacağını dəqiqləşdirməyib. Bununla belə, o, qeyd edib ki, hazırda bunun üzərində iş gedir.