AZ

Livanda bir-birinə bitişik iki bina çöküb: 13 nəfər həyatını itirib

Livanda

Livanın Trablusşam şəhərində bir-birinə bitişik vəziyyətdə olan iki bina çöküb. Hadisə nəticəsində 13 nəfər həyatını itirib.

Xalqcebhesi.az Livan mətbuatına istinadən xəbər verir ki, ölkənin şimalındakı Trablusşam şəhərinin Tebbene məhəlləsində dünən bir-birinə bitişik iki bina uçub. Hadisə yerinə cəlb edilən xilasetmə qruplarının apardığı axtarış-xilasetmə işləri nəticəsində indiyədək 13 nəfərin meyiti tapılıb.

Məlumata görə, dağıntılar altında qalan 9 nəfər yaralı halda xilas edilib.

Rəsmilər enkaz altında hələ də insanların ola biləcəyini bildirərək, bu səbəbdən axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.

Məryəm Quliyeva

Seçilən
36
1
xalqcebhesi.az

2Mənbələr