Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtın Yasamal rayonunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 17:41 radələrində Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, işıqforun qırmızı işığında dayanmaq istəməyən 90-BS-980 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və axına qarşı hərəkət edib.
Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb və qəza şəraitinə səbəb olub.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.
Nərmin
Oxunub 250
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.