AZ

Bekhem restoranda təndir çörəyi bişirdi

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya şöhrətli futbolçu Devid Bekhem Qətərdə bir restoranda təndirdə çörək bişirərkən görüntülənib. Onun bu səmimi və rahat davranışları sosial şəbəkələrdə böyük maraq doğurub və video qısa zamanda yayılıb.

BAKU.WS xəbər verir ki, futbol karyerası və şəxsi həyatı ilə tez-tez gündəmə gələn Devid bu dəfə təndir başına keçərək çörək bişirib və ustalara kömək edib.

Görüntülər sosial mediada sürətlə yayılıb, istifadəçilər videonu zarafatlı şərhlərlə paylaşaraq viral edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
baku.ws

3Mənbələr