Türkiyənin Kocaeli şəhərində orta məktəbdə çalışan müəllim 24 qız şagirdə cinsi təcavüz etmək ittihamı ilə həbs olunub.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Kocaelidə Turqut Özal Məhəlləsindəki Mübeccel Çolakoğlu Orta Məktəbində təhsil alan bəzi qız şagirdlər ailələrinə müəllimləri 32 yaşlı O.M-un onlara təcavüz etdiyini söylədikdən sonra vəziyyət məktəb rəhbərliyinə bildirilib.
Valideynlərin şikayətləri əsasında polis qrupları müəllimi saxlayıb. Polis bölməsindəki prosedurlardan sonra O.M. məhkəməyə göndərilib və məhkəmə tərəfindən həbs olunaraq Kandıra Həbsxanasına göndərilib.