AZ

Türkiyə Ermənistan sərhədi açılır? Mühüm gəlişmə

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İğdır-Alican sərhəd buraxılış məntəqəsinin inşası nəzərəçarpacaq sürətlə irəliləyir. Ermənistan tərəfi ilə Marqara istiqamətində aparılan işlər nəticəsində 1993-cü ildən bağlı olan sərhəd keçidi daimi fəaliyyətə hazırlanır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yeşil Iğdır Gazetesi” məlumat yayıb.

İğdır valisi Fırat Taşolar prosesin qısa müddətdə tamamlanmasının planlaşdırıldığını açıqlayıb.

Ekspertlər və yerli rəsmilər hesab edirlər ki, buraxılış məntəqəsinin açılması Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasında mühüm addım olacaq və bölgədə sərhəd ticarəti, logistika və turizmin inkişafına təkan verəcək.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
globalinfo.az

1Mənbələr