AZ

İran uranın zənginləşdiriləcəyini bəyan etdi

İran nüvə üzrə etimad tədbirlərinə hazırdır. Lakin uranı zənginləşdirmək hüququnu özündə saxlayır.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi belə açıqlama verib.

Onun sözlərinə görə, Tehran nüvə proqramı ətrafında etimadın gücləndirilməsi üçün addımlar atmağa hazır olduğunu bildirir, eyni zamanda, uranı zənginləşdirmək hüququnu müzakirə olunmayan “qırmızı xətt” kimi qeyd edir. 

Abbas Əraqçi Omanda ABŞ ilə dolayı danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, dialoqda gələcək irəliləyiş Vaşinqtonun niyyətlərinin ciddiliyinin hərtərəfli qiymətləndirilməsindən asılı olacaq. 

İran XİN rəhbəri vurğulayıb ki, məsləhətləşmələrin hazırkı mərhələsi tərəflərin etibarlılığını yoxlamaq üçün bir platforma rolunu oynayır.

Əraqçinin sözlərinə görə, Maskatın vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan gələcək raundların gündəliyi ciddi şəkildə nüvə dosyesi ilə məhdudlaşacaq.Raket potensialı və ya regional siyasət məsələlərinə isə toxunulmayacaq.

Diplomat qeyd edib ki, İran ötən illərin təcrübəsinə əsaslanaraq yüksək sayıqlıqla hərəkət edir. Milli hüquq və elmi nailiyyət hesab etdiyi uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasına heç vaxt razı olmayacaq.

Qarşılıqlı əlaqə formatı barədə şərh verən nazir, Amerika nümayəndə heyəti ilə birbaşa görüşlərin olmadığını təsdiqləyib və diplomatik etiket qaydalarına uyğun olaraq əlaqələrin qısa əl sıxma ilə məhdudlaşdığını deyib.

Seçilən
29
cebheinfo.az

1Mənbələr