“TRIPP layihəsinin məqsədlərindən biri Ermənistan Respublikasının Sünik bölgəsindəki uran yataqları da daxil olmaqla, mineral ehtiyatlar üzərində nəzarəti təmin etməkdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan bu barədə özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, mineral geologiyası sahəsində aparıcı ekspert, geologiya və mineralogiya elmləri doktoru, professor və akademik Petros Aloyanın 2010-cu ildə nəşr olunmuş kitabında Ermənistandakı əsas uran ehtiyatlarının xəritəsi təqdim olunur.
"Vaşinqtonun geoiqtisadi məqsədi nüvə enerjisinin inkişafı inqilabi templə davam edən Çin və Rusiya ilə ayaqlaşmaqdır. Rusiyanın ABŞ bazarına zənginləşdirilmiş uranın ən böyük tədarükçüsü olaraq qalması diqqətəlayiqdir. Digər məqsəd isə Parisin Niger və Qabondakı zəifləmiş mövqeyi nəzərə alınmaqla Fransaya uran tədarükünün mümkün şaxələndirilməsinin qarşısını almaqdır. Tramp Avropa bazarına iqtisadi müstəmləkə zonası kimi baxmağa davam edir", - Davtyan qeyd edib.
Ekspertin fikrincə, TRIPP eyni zamanda, bir sıra logistika, enerji, xammal və hərbi-siyasi məsələlərin həllinə imkan verən beynəlxalq Avropa-Qafqaz-Asiya dəhlizində Vaşinqtonun mövcudluğunu effektiv şəkildə təmin edir.