AZ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Ajans.az xəbər verir ki, bu açıqlamalar İsrailin Maariv qəzetinə verdiyi müsahibədə səsləndirilib. Ami bildirib ki, 1990-cı illərin sonlarında Yair Netanyahunun atasına hücumu şəxsi təhlükəsizlik xidmətinin müdaxiləsini tələb edib və dərhal sonra Yair ABŞ-a, Mayamiyə göndərilib. Keçmiş mühafizəçinin sözlərinə görə, bu hadisə Netanyahu ailəsinin bir neçə üzvünü əhatə edən “müstəsna və əxlaqsız” davranış nümunələrindən ayrılmazdır. Həmçinin, Dror Ami Sara Netanyahunun kleptomaniya ilə bağlı davranışlarından danışaraq, onun otellərdən hədiyyələr və hətta dəsmal oğurladığını iddia edib. Ami Sara Netanyahunun ailə və siyasi nüfuzunu gücləndirdiyini, hətta Netanyahunun korrupsiya işlərindəki etiraf sövdələşməsinə müdaxilə etdiyini qeyd edib. Keçmiş mühafizəçi Netanyahunun özü ilə bağlı da iddialar irəli sürüb. O bildirib ki, Netanyahu restoranlarda ödəniş etmədən yemək yeyirmiş və bir neçə dəfə mühafizəçilərdən biri hesabı ödəməyə məcbur olub. Ami həmçinin Netanyahunun qızı Noa ilə gizli görüşləri barədə danışıb. Baş nazirin qızı ilə əlaqəsi Sara Netanyahudan gizlədilib və bu məqsədlə xüsusi təhlükəsizlik tədbirləri görülüb. Netanyahu hazırda 2022-ci ilin dekabrından etibarən hökumətə rəhbərlik edir. Ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi onun Qəzza zolağında fələstinlilərə qarşı müharibə və insanlığa qarşı cinayətlər üzrə həbsinə order verib. ABŞ-ın dəstəyi ilə İsrail 2023-cü ilin oktyabrından Qəzzada hərbi əməliyyatlara başlayıb. İki il davam edən müharibə nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 72 mindən çox fələstinli həlak olub, 171 mindən çox insan yaralanıb və zolağın mülki infrastrukturu təxminən 90% dağıdılıb.

 

Seçilən
58
Ajans.az

1Mənbələr