AZ

Yeni dövr başladı İl sonuna qədər bu üç bürc varlanacaq

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

2026-cı il bir çoxları üçün yeni ümidlərin ili kimi görünür. Kimisi həyatında dəyişiklik gözləyir, kimisi rahatlıq axtarır, amma demək olar ki, hamının ürəyində maddi baxımdan bir az da olsa yüngülləşmək arzusu var. Astroloji şərhlərə görə, bu arzu bəzi bürclər üçün gerçəyə çevrilə bilər. Göy üzündəki hərəkətlər göstərir ki, qarşıdakı il xüsusilə üç bürc üçün pul və imkanlarla yadda qalacaq.Demokrat.az xəbər verir ki, astroloqlar 2026-cı ili zəhmətin, səbrin və düzgün hesablanmış risklərin nəhayət bəhrə verdiyi  dövr kimi qiymətləndirirlər. Planetlərin builki düzülüşü göstərir ki, illərlə çəkilən əziyyətlər artıq boşa getməyəcək.Buğalar üçün 2026-cı il sanki yorucu yoldan sonra gələn sığınacaq təsiri bağışlayır. Onlar son illərdə asan yollara meyl etməyib, hər addımı yüz ölçüb bir biçiblər. Bu təmkinli davranış indi öz bəhrəsini verir. İş həyatında vəzifə artımı və ya gözlənilməz təkliflər Buğaların büdcəsini xeyli böyüdəcək. Daşınmaz əmlakla bağlı yaranan fürsətlər isə onların maddi dayaqlarını daha da möhkəmləndirə bilər.Oğlaqlar üçün isə bu il karyera zirvəsinə doğru növbəti mərhələ olacaq. Planlı hərəkət etmək və məsuliyyətdən qaçmamaq onların onsuz da xarakterində var, lakin 2026-cı ildə bu keyfiyyətlər birbaşa nağd gəlirə çevrilir. Yeni tərəfdaşlıqlar və ya şəxsi biznes qurmaq qərarları Oğlaqlara çoxdan arzuladıqları sabitliyi gətirə bilər. İllərdir kənara qoyulan hər bir qəpiyin, çəkilən hər bir əziyyətin real nəticəsini görmək vaxtıdır.Dolça bürcü altında doğulanlar pul qazanmaq üçün bu il tam fərqli və yaradıcı yollara müraciət edəcəklər. Klassik qazanc üsulları onlar üçün bir qədər arxa plana keçir. Daha çox texnologiya, rəqəmsal layihələr və maraq dairəsi kimi başlayan kiçik işlər böyük qazanc mənbəyinə çevrilə bilər. Dolçalar 2026-cı ildə maliyyə məsələlərində özlərini xeyli azad və sərbəst hiss edəcəklər.Ümumilikdə proqnozlar göstərir ki, şans hər zaman hamıya eyni dərəcədə gülümsəmir, lakin bu üç bürc üçün yolun sonu kifayət qədər parlaq görünür. Zəhmətin gecikmiş mükafatı bu il öz sahiblərini tapacaq.Kənan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
demokrat.az

1Mənbələr