AZ

Vətəndaşlara külli miqrarda pul “atan” Beydulla Dadaşov- Nə pulu qaytarır, nə də həbs olunur...

Paytaxt sakini Beydulla Dadaşovun bir neçə şəxsə qarşı dələduzluq edərək külli miqdarda pul aldığı və həmin vəsaiti geri qaytarmadığı üzə çıxıb. Bu barədə AzPost-a Beydulla Dadaşov tərəfindən dələduzluğa məruz qalan vətəndaşlardan biri məlumat verib.

Vətəndaş bildirir ki, 2023-cü ildə Beydulla Dadaşov ona sosial müavinət düzəldəcəyini vəd edərək 3 000 manat pul alıb. Onun sözlərinə görə, Nizami rayonu ərazisində qardaşının tələbə yoldaşı olan Beydulla ilə görüşüb və pulu ona təqdim edib. Şikayətçi deyir ki, ağır insult keçirib və həqiqətən də xəstədir. Lakin müraciət etməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun xəstə olmadığını əsas gətirərək sosial müavinətin verilməsindən imtina edib.

“Sonradan məlum oldu ki, Beydulla dələduz imiş. Özünün də etirafına görə, mənimlə yanaşı bir neçə nəfərdən də pul alıb və ümumilikdə təxminən 20 min manata yaxın vəsaiti mənimsəyib. Müxtəlif bəhanələrlə guya onun da aldadıldığını deyir və pulumu geri qaytarmır”, – deyə vətəndaş bildirir.

Şikayətçi qeyd edir ki, dəfələrlə Nizami Rayon Polis İdarəsinə və Prokurorluğa müraciət edib. Onu qəbul edərək izahatını alıblar. Lakin bu günə qədər Beydulla Dadaşov nə pulu qaytarıb, nə də hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Vətəndaş son çarə olaraq məsələni ictimailəşdirməyə qərar verdiyini bildirir. Ümid edir ki, aidiyyəti qurumlar bu məsələdə ona kömək edəcəklər.

AzPost.az

Seçilən
22
2
azpost.info

3Mənbələr