AZ

“Türkiyə Ermənistanla sərhəd keçid məntəqəsinin açılması ilə bağlı işləri sürətləndirir” - İğdır valisi

Türkiyə Ermənistanla sərhəd keçid məntəqəsinin açılmasını sürətləndirib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin "Yeşil Iğdır Gazetesi" qəzeti məlumat yayıb.

Bildirilib ki, İğdır valisi Fırat Taşolar Alican sərhəd keçid məntəqəsində aparılan yenidənqurma və modernləşdirmə işlərini şəxsən yoxlayıb. Səfər zamanı o, işlərin hazırkı mərhələsi barədə ətraflı məlumat alıb.

Vali qeyd edib ki, prosesin qısa müddətdə başa çatması gözlənilir.

Onun sözlərinə görə, işlər intensiv şəkildə davam edir və yaxın gələcəkdə sərhəd-keçid məntəqəsinin hazırlanmasının başa çatdırılması planlaşdırılır.

Nəşrdə sərhəd-keçid məntəqəsini müasir tələblərə uyğunlaşdırmaq məqsədi daşıyan obyektdə infrastruktur və texniki işlərin davam etdiyi vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
34
missiya.az

1Mənbələr