AZ

Ardanın kabusu bitti -

“Real Madrid”də Xabi Alonsonun gedişindən sonra inqilabi dəyişiklik müşahidə edilməsə də, yarımmüdafiədə əhəmiyyətli dəyişikliklər baş verib. Metbuat.az xəbər verir ki, Alvaro Arbeloa məşqçi vəzifəsinə başlayandan bəri Arda Güler axtardığı sabitliyə qovuşub. Arda, yalnız bir dəfə, “Levante” ilə oyunda ehtiyat oyunçular skamyasında qalıb. Futbolçu o vaxtdan bəri müntəzəm olaraq əsas heyətdə yerini təmin edib. Cude Bellinghemin zədələnməsindən və Valverdenin yarımmüdafiəyə qayıtması ilə Arda hücumameylli yarımmüdafiəçi kimi çıxış etməyə başlayıb.

Qeyd edək ki, Xabi Alonso vəzifəyə gələndən sonra Arda Gülerə şans versə də, daha sonra türk futbolçu əsas heyətə düşməkdə çəyinlik çəkib.

Seçilən
33
1
metbuat.az

2Mənbələr