AZ

Smartfonların alışma və partlama riski: XƏBƏRDARLIQ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"ZDNet" jurnalistləri smartfonların alışması və partlaması riskinin qarşısının alınması və bu cür hallardan qorunma yollarını açıqlayıblar.

Redaktor.az xəbər verir ki, material media qurumunun saytında dərc olunub.

Mütəxəssislər bildiriblər ki, akkumulyator smartfonların və digər elektron qurğuların ən təhlükəli hissəsidir. Statistikaya görə, hər il təxminən 1500 yanğın və 5000 alışma hadisəsi məhz cihaz batareyaları ilə əlaqəli olur. Bu cür halların qarşısını almaq üçün texnikanın yalnız orijinal, istehsalçıya məxsus aksessuarlarla enerji yığmasının vacibliyi vurğulanıb.

Jurnalistlər qeyd ediblər ki, bazara bəzən qüsurlu və ya saxta telefonlar, eləcə də digər cihazlar çıxa bilər. Belə məhsulların alınmaması üçün texnikanı yalnız etibarlı mağazalardan — birbaşa istehsalçıdan və ya iri şəbəkə mağazalarından almaq tövsiyə olunur. Materialda vurğulanır ki, əgər cihaz zədələnibsə və ya həddindən artıq qızma, şişmə, deformasiya əlamətləri göstərirsə, ondan istifadə dərhal dayandırılmalıdır.

Yanğın artıq baş veribsə, mütəxəssislər qəti şəkildə alovu su ilə söndürməməyi tövsiyə edirlər, çünki bu, vəziyyəti daha da ağırlaşdıra bilər. "ZDNet" müəllifləri məkanı tərk etməyi, tüstünü udmamağa çalışmağı və təcili yardım xidmətlərinə zəng etməyi məsləhət görürlər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
redaktor.az

2Mənbələr