ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerikalı milyarder İlon Mask maliyyəçi Ceffri Epşteynin işi üzrə məhkəmədə ifadə verməyə razı olan hər kəsin hüquqi müdafiə xərclərini ödəyəcəyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində digər istifadəçinin paylaşımına cavabında yazıb.
“Bu işlə bağlı həqiqəti deyən və buna görə məhkəməyə verilən hər kəsin müdafiə xərcini mən ödəyəcəyəm”, - deyə o qeyd edib. Milyarder, eyni zamanda Epşteynin mümkün müştərilərinin siyahısının niyə indiyədək ABŞ Konqresinə təqdim olunmadığını və açıqlanmadığını sual edib.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Prokurorluğun məlumatına görə, 2002–2005-ci illərdə o, Manhettendəki evinə onlarla azyaşlı qızın gətirilməsini təşkil edib və zərərçəkənlərdən ən kiçiyinin cəmi 14 yaşı olub.
Epşteynin yaxın çevrəsinə təkcə ABŞ-da deyil, bir çox başqa ölkələrdə də fəaliyyət göstərən vəzifəli şəxslər, keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları daxil idi. ABŞ-da maliyyəçi barəsində aparılan cinayət təqibi onun 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra dayandırılmışdı.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.