AZ

Agentlik rəsmisi: 500 nəfər kibertəhlükəsizlik mütəxəssisini əmək bazarına çıxarmağa nail olmuşuq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Kibertəhlükəsizlik Mərkəzinin altıncı dalğa tədris prosesi çərçivəsində 60 fundamental istiqamət üzrə 40 nəfər ixtisasartırma və fərdi təlim proqramlarını uğurla başa vuraraq əmək bazarına daxil olub".

Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyayev Kibertəhlükəsizlik Mərkəzinin VI məzun günündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son üç il ərzində əsas hədəflərdən biri təxminən 480-500 nəfərə yaxın kibertəhlükəsizlik mütəxəssisinin əmək bazarına çıxarılması olub:

"Bu məqsədə nail olmuşuq. Fəaliyyətimiz yalnız kadr hazırlığı ilə məhdudlaşmayıb, eyni zamanda ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bu çərçivədə mütəxəssislərin yeni nəsil texnologiyalardan düzgün istifadə etməsi, eləcə də yerli və milli kibertəhlükəsizlik məhsullarının yaradılması prioritetlərdən biri olub".

Ş.Hacıyəhyayev əlavə edib ki, mərkəz tərəfindən 200-ə yaxın qərarverici rəhbər şəxs üçün xüsusi maarifləndirici və analitik proqramlar da həyata keçirilib:

"Bu proqramlar rəhbər şəxslərin texnologiyalara düzgün yanaşması və effektiv investisiya qərarları verməsi məqsədi daşıyıb. Artıq bir neçə yerli kibertəhlükəsizlik məhsulu hazırlanıb və onlardan təxminən dördü bazarda real nəticələr göstərir. Bu gün fəxrlə deyə bilərəm ki, məzunlarımızın təxminən 86 faizi artıq əmək bazarında uğurla fəaliyyət göstərir. Biz bu üç ili son deyil, başlanğıc kimi qiymətləndiririk".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
oxu.az

1Mənbələr