Oxu.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin Şərq sahili ştatlarını vuran ekstremal şaxtalar təxminən 80 milyon əhalini təsir altına alacaq.
Oxu.Az-ın xəbərinə görə, belə bir proqnozla ABC telekanalı çıxış edib.
Milli Meteorologiya Bürosunun məlumatına görə, ekstremal şaxtalar haqqında xəbərdarlıq Yeni İngiltərə bölgəsi, Nyu-York, Nyu-Cersi və Pensilvaniya ştatlarında qüvvədədir. Burada temperatur göstəriciləri bəzi yerlərdə -36 dərəcəyə düşə bilər. Nyu-York ştatında -27 dərəcəyə çatacaq olan son 20 ilin ən güclü şaxtalı havası gözlənilir.
Həmçinin Miçiqan, Minnesota və Ohayo kimi şimal-şərq ştatları da soyuq hava zonasındadır. Yerlərdə soyuq hava güclü qarla müşayiət olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.