AZ

Vəfa Şərifova: "Onunla toyum olub"

Müğənni Vəfa Şərifova canlı efirdə qatıldığı "Rəngarəng" verilişində şəxsi həyatı ilə bağlı uzun müddətdir müzakirə olunan məsələyə ilk dəfə münasibət bildirib.

Milli.Az xəbər verir ki, sənətçi toyunun olub-olmaması ilə bağlı yayılan söz-söhbətlərdən danışaraq keçmiş münasibətlər barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

O, bildirib ki, bu mövzu ətrafında deyilənlər onun üçün əhəmiyyət daşımır:

"Keçmişdə qalmış, bitmiş münasibətlər barədə danışmaq istəmirəm. Deyirlər toyum olmayıb - nə olsun? Əsas olan qohumlarım, övladlarım, bacı-qardaşımdır. Lazım olan insanlar, əlbəttə ki, toyumun olduğunu bilirlər. Sənət yoldaşlarımın məni necə tanıması mənim üçün daha önəmlidir. Kiminsə nəsə deməsi mənə təsir etmir. Gələcək arzu və xəyallarımdan danışıram, sonra məni məhkəməyə verirlər".

Vəfa bildirib ki, şəxsi həyatı ilə bağlı deyilən sözlərə artıq önəm vermir və diqqətini yalnız sənətinə və gələcək planlarına yönəldib.

Qeyd edək ki, müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
24
4
milli.az

5Mənbələr