Bakı. Trend:
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlkbaxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onugöstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsiladı altında saxta elanlara rast gəlinir.
Trend xəbərverir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuatxidmətinin müraciətində əks olunub.
Bildirilir ki, saxta elanlara inanaraq xarici ölkələrə səfəredən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburiəməyə, cinsi istismara məruz qalır və sonda insan alverininqurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nəetməliyik?
1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklifaldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməkləödənişsiz məsləhət ala;
2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş AzərbaycanRespublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqəsaxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;
3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsinxüsusi icazəsini, yəni lisenziyasını tələb edə;
4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.
Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərketdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edənsənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğulolarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilənqanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həminölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və yaKonsulluğa müraciət etməlisiniz.
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə!