AZ

İranda siyasi HƏBS DALĞASI: Azər Mənsuri və tərəfdaşları SAXLANILDI

İranda “İslahat Cəbhəsi”nin rəhbəri və tərəfdaşları saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Fars” və “Mizan” agentlikləri məlumat yayıb.

İran hakimiyyəti islahatçılar düşərgəsinin bir neçə tanınmış nümayəndəsini, o cümlədən “İslahat Cəbhəsi” koalisiyasının rəhbəri Azər Mənsurini saxlayıb.

Məlumata görə, Azər Mənsuri ilə yanaşı, İbrahim Əsgərzadə və Möhsün Əminzadə də güc strukturları və məhkəmə orqanları tərəfindən həbs ediliblər.

Agentliklər saxlanılan şəxslərə qarşı irəli sürülən rəsmi ittihamların siyahısını da açıqlayıb.

Onlar milli birliyi sarsıtmaq, konstitusiyaya qarşı çıxış etmək, düşmən təbliğatı ilə koordinasiyalı hərəkət etmək, təslimçilik təbliğatı aparmaq, siyasi qrupları çaşdırmaq və gizli təxribat mexanizmləri yaratmaqda günahlandırılırlar.

Hazırda faktla bağlı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
interpress.az

1Mənbələr