AZ

Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“İki sahil” xəbər verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
28
6
ikisahil.az

10Mənbələr