AZ

Xameneyi ordu komandirləri ilə görüşməkdən imtina etdi

Dünən İranın ali rəhbəri Əli Xameneyi “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələrinin komandirləri ilə ənənəvi görüş keçirməyib. Bu, son onilliklər ərzində qeydə alınan qeyri-adi hadisə kimi dəyərləndirilir.

Vətəninfo.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinin komandanları görüş mərasimini Tehranda İslam Respublikasının banisi Ruhullah Xomeyninin məqbərəsində keçiriblər. Tədbir Xameneyinin iştirakı olmadan baş tutub.

Qeyd olunur ki, bu, son 47 il ərzində ilk dəfədir ki, İslam Respublikasının lideri 19 Bəhmən günü ilə əlaqədar Xomeyninin xatirəsinə həsr olunan tədbirdə Hərbi Hava Qüvvələrinin rəhbərliyi ilə birgə görüş keçirmir.

19 Bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) günü Şah dövrünün İmperiya Ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti — “Hümafərilər” — Tehranda Ruhullah Xomeyni ilə görüşüb və ona sədaqət andı içib.

Seçilən
12
3
veteninfo.az

10Mənbələr