Bakı. Trend:
Dünyanın ən zəngin insanı, amerikalı biznesmen İlon Mask,maliyyəçi Ceffri Epşteynin işi üzrə məhkəmədə ifadə verməyə razıolan hər kəsin vəkil xərclərini ödəyəcəyini vəd edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Bu barədə həqiqəti deyən və buna görə məhkəməyə verilənistənilən şəxsin hüquqi müdafiəsinin xərclərini mən ödəyəcəyəm”, –Mask "X" sosial şəbəkəsində digər istifadəçinin paylaşımına cavabolaraq yazıb.
O, həmçinin Epşteynin müştərilərinin siyahısının niyə daha əvvəlABŞ Konqresinə təqdim edilmədiyini və sonradan dərc olunmadığınısual altına alıb.
Qeyd edək ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatınınhüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluqbildirib ki, 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarlayetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil etdiyinigöstərən sübutlar mövcuddur; onlardan ən kiçiyinin yaşı 14olub.
Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil,bir çox digər ölkələrdən (o cümlədən keçmiş dövlət başçıları), irisahibkarlar və şou-biznes ulduzları da daxil olmaqla çoxsaylıhazırkı və keçmiş vəzifəli şəxslər yer alıb. ABŞ-də maliyyəçiyəqarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxanakamerasında ölməsindən sonra dayandırılıb.