Yazını böyüt
Yazını kiçilt
Balakənin Xalatala kəndində yanğın qeydə alınıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, Xalatala kəndində yerləşən evin həyətindəki yardımçı tikilidə baş verən yanğın nəticəsində 35 kvadratmetr sahənin yanar konstruksiyaları yanıb. Nəticədə həmin ərazidə saxlanılan 100 ev quşu tələf olub.
Yanğın Balakən rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb, yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.