AZ

Azərbaycanda minimum əməkhaqqı artırılır?

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri sürətlə artır.

Buna baxmayaraq, ölkədə minimum əməkhaqqı hələ də çox aşağı səviyyədə qalır.

Bu vəziyyət gündəlik həyat xərclərinin qarşılanmasını çətinləşdirir və vətəndaşların normal yaşayış tələblərini yerinə yetirməsini əngəlləyir.

Azərbaycanda normal həyat səviyyəsini təmin etmək üçün minimum əməkhaqqı nə qədər olmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, minimum əməkhaqqı təyin edilərkən vətəndaş da müstəqil şəxs kimi dəvət olunmalıdır:

“Türkiyədəki kimi aylıq xərclər hesablanarkən hər hansı fabrikdən bir fəhlə də nümayəndə olaraq qatılmalı və təklif irəli sürməlidir. Ən azı ədalətli qərar naminə bu, yaxşı olardı. Yaşamaq üçün minimum maaşa qaldıqda, əsas faktor əməkhaqqı deyil, alım gücüdür. Yəni bu gün minimum əməkhaqqı 400 manatdır, ətin kilosu 20-25 manat arası, yağın kilosu 20 manat, kartof ən ucuz 1-1.5 manat, mənzil bazarında da qiymətlər 1 otaqlı şəhərdən kənar ən ucuz 85 min manatdır. Minimum əməkhaqqı ilə işləyən şəxs neçə il ac-susuz qalmalıdır ki, normal yaşam standartlarına uyğunlaşa bilsin?”.

Seçilən
55
sportinfo.az

1Mənbələr