AZ

“Bloomberg”: Starmer gələn həftə istefa verə bilər

Böyük Britaniyanın Baş naziri Kir Starmerin bir həftə ərzində istefa verməyə məcbur qala biləcəyi bildirilir.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi hakim Leyboristlər Partiyasındakı mənbələrə istinadla bu barədə məlumat yayıb.

Məlumata görə, bu cür müzakirələr amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələndirilən Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin edilməsi ətrafında yaranmış qalmaqalla bağlıdır. Sözügedən qalmaqal artıq bazar günü Böyük Britaniya Baş nazirinin aparat rəhbəri Morqan Maksuininin istefasına səbəb olub.

“Bloomberg” yazır ki, hakim Leyboristlər Partiyasından olan bir neçə millət vəkili Mandelsonun səfir təyinatına baxmayaraq, Starmerin hələ də vəzifədə qalmasına təəccübləndiklərini gizlətməyiblər. Agentliyin məlumatına görə, Dauninq küçəsi, 10 ünvanında çalışan bəzi əməkdaşlar hökumət üzvlərinə gizli şəkildə zəng edərək Baş naziri istefaya razı salmağa və ya onu istefaya məcbur edəcək addımlar atmağa çalışırlar. Nazirlərdən birinin müşavirinin sözlərinə görə, Starmerin növbəti həftə vəzifədə qalma ehtimalı “50-yə 50”-dir.

Seçilən
11
4
yeniazerbaycan.com

10Mənbələr