AZ

Moskvada generala qəsd edənlər ifadə verdilər

Moskvada general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə əlaqədar saxlanılan Lyubomir Korba və Viktor Vasin təqsirlərini etiraf ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

1960-cı il təvəllüdlü Lyubomir Korba və 1959-cu il təvəllüdlü Viktor Vasin Rusiya vətəndaşlarıdır. Onlar QRU rəhbərinin birinci müavinə Ukrayna kəşfiyyatının (SBU) göstərişi ilə sui-qəsd törətdiklərini boyunlarına alıblar.

"SBU cinayətkara 30.000 dollar ödəməyi vəd edib", - deyə İctimaiyyətlə Əlaqələr Mərkəzi qeyd edib.

Yaralı general xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin sözçüsü bildirib ki, Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürməyə cəhd) və 222-ci maddəsinin 1-ci hissəsi (odlu silahın qanunsuz dövriyyəsi) ilə cinayət işi araşdırılır.

İstintaqa Moskva Prokurorluğu nəzarət edir.


Telegram kanalımız
Seçilən
49
yenisabah.az

1Mənbələr