AZ

Lavrov yenə Avropanı HƏDƏLƏDİ

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Rusiyaya qarşı hücuma başlasa, “tammiqyaslı hərbi cavab” alacaq. Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində bildirib.

 

O vurğulayıb ki, Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırılan prosesi aparır və Avropaya hücum etmək niyyətində deyil. Onun sözlərinə görə, “Rusiya Federasiyasının buna qətiyyən ehtiyacı yoxdur”.

“Əgər birdən Avropa bizim əleyhimizə müharibəyə hazırlaşmaqla bağlı bu təhdidlərini həyata keçirə və Rusiya Federasiyasına hücuma başlasa, onda, prezident Vladimir Putinin dediyi kimi, bu, bizim tərəfimizdən ‘xüsusi hərbi əməliyyat’ olmayacaq. Bu, mövcud doktrinal sənədlərə uyğun olaraq, bizdə olan bütün vasitələrlə verilən tammiqyaslı hərbi cavab olacaq”, — deyə Lavrov qeyd edib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
bizim.media

8Mənbələr