AZ

Balakəndə yanğında 100 ev quşu tələf olub

Balakən, 9 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Balakənin Xalatala kəndində yanğın qeydə alınıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Bildirilib ki, Xalatala kəndində yerləşən evin həyətindəki yardımçı tikilidə baş verən yanğın nəticəsində 35 kvadratmet sahənin yanar konstruksiyaları yanıb. Nəticədə həmin ərazidə saxlanılan 100 ev quşu tələf olub.

Yanğın Balakən rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb, yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin təsərrüfatları araşdırılır.

Seçilən
57
1
azertag.az

2Mənbələr