AZ

Azərbaycanın kibertəhlükəsizlik modeli xarici ölkələrin marağına səbəb olub

Bakı.Trend:

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində KibertəhlükəsizlikAkademiyasının fəaliyyəti dövründə 380-dən çox yüksək ixtisaslıkibertəhlükəsizlik mütəxəssisi yetişdirilib, ümumilikdə isə 10mindən artıq şəxs müxtəlif təlim proqramlarına cəlb olunub.

Trend xəbərverir ki, bu fikirləri bu gün İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin İdarə heyətinin sədr müavini Şahin ƏliyevKibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günü tədbirində çıxışındadeyib.

O bildirib ki, Kibertəhlükəsizlik Akademiyası məzunlarının 86faizi hazırda işlə təmin edilib ki, bu da mərkəzin əmək bazarınaverdiyi real töhfənin göstəricisi kimi qiymətləndirilir:

“Mərkəz yerli ali təhsil müəssisələri ilə yanaşı, həm dövlət,həm də özəl sektorla sıx əməkdaşlıq edir. Eyni zamanda,kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasıistiqamətində mühüm addımlar atılıb və bu günə qədər 5 yerli məhsulbazara təqdim olunub”.

İRİA rəsmisi qeyd edib ki, yaxın dövrdə ölkənin bütün təhsilmüəssisələrində kibertəhlükəsizliklə bağlı maarifləndirici vəpraktiki tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

“Bununla yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin modeliartıq xarici ölkələrin də diqqətini cəlb edir. Qazaxıstan və digərölkələrlə bu modelin ixracı istiqamətində danışıqlar aparılır”.

Ş.Əliyev vurğulayıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının(ITU) hesabatına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsindəson illərdə reytinqdə 40 pillə irəliləyərək dünya ortagöstəricisindən yuxarı mövqe tutub və bir sıra qabaqcıl ölkələrigeridə qoyub:

“Milli strategiyanın qəbul olunması, kadr potensialınıngücləndirilməsi və dövlət qurumlarında struktur islahatları busürətli inkişafı təmin edən əsas amillər kimi göstərilib. Yerlikibertəhlükəsizlik məhsullarına beynəlxalq maraq artıb”.

İRİA rəsmisi xüsusilə “SAYFEL” məhsuluna Türkiyə və bir sıraAvropa ölkələrindən ciddi maraq olduğu, bu istiqamətdə danışıqlarındavam etdiyi bildirib.

“Bundan əlavə, Mərkəzi Asiya və Afrika ölkələrindən də mərkəzinfəaliyyət modelinə maraq müşahidə olunur”,-deyə o əlavə edib.

Seçilən
24
2
az.trend.az

3Mənbələr