AZ

Atası Yamalı Maradonaya bənzətdi

BAKI, 9 fevral. TELEQRAF

“Barselona”nın hücumçusu Lamin Yamalın atası Munir Nasraui sosial şəbəkədə oğluna həsr olunmuş paylaşım edib.

Teleqraf xəbər verir ki, bu paylaşımı Yamal La Liqanın XXIII turunda “Mayorka”ya qarşı oyunda (3:0) qol vurduqdan sonra edib.

Atası 19 yaşlı oğlunu əfsanəvi futbolçu və Argentina millisinin üzvü Dieqo Maradonaya bənzədib: "Sadəcə fəxr edən ata, bütün ailəmə təşəkkür edirəm".

Qeyd edək ki, Lamin Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Cari mövsümdə gənc futbolçu klub səviyyəsində 30 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Məşhur Transfermarkt portalı Yamalın bazar qiymətini 200 milyon avro qiymətləndirir.

Seçilən
66
1
teleqraf.com

2Mənbələr