AZ

Xarkov vilayətinə dron zərbəsi zamanı 10 yaşlı uşaq və anası ölüb

Rusiya ordusunun Xarkov vilayətinin Boqoduxov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbə nəticəsində biri 10 yaşlı uşaq olmaqla iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, xilasedicilər PUA-nın dağıtdığı evin dağıntılarının altından 10 yaşlı uşağın və anasının meyitini çıxarıblar.

Seçilən
32
4
apa.az

5Mənbələr