AZ

Yeniyetmələr arasında bıçaqlanma - 17 yaşlı oğlan saxlanıldı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.M.-ə bıçaqla xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi 2009-cu il təvəllüdlü H.A. polis əməkdaşları tərəfindən saxlanılıb.

Bıçaqlanmanın münaqişə zəminində törədildiyi bildirilir.

Xəsarət alan şəxsin vəziyyəti normaldır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
41
2
manset.az

3Mənbələr