AZ

Sübutlara əsaslanan hüquqi məsuliyyət prosesi



"İsrail Dövlətinin səlahiyyətli hüquqi qurumları tərəfindən beynəlxalq informasiya məkanında sistemli şəkildə yayılan antisemitizm, İsrailə qarşı düşmənçilik, nifrətə və zorakılığa çağırış xarakterli fəaliyyətlərin hüquqi qiymətləndirilməsi məqsədilə genişmiqyaslı və dərin hüquqi araşdırma başlanmışdır. Bu araşdırma müxtəlif ölkələrdə fəaliyyət göstərən jurnalistlərə, bloqerlərə və ictimai fiqurlara aid materialları əhatə edir.

Araşdırma nəticəsində konkret şəxslərin hərəkətlərində beynəlxalq hüququn məcburi normalarının (jus cogens), insan hüquqlarının və terrorizmin maliyyələşdirilməsi və təbliği ilə bağlı beynəlxalq öhdəliklərin pozulması faktları təsdiq edilərsə, İsrail Dövləti həmin şəxslərə qarşı milli və beynəlxalq məhkəmə mexanizmləri çərçivəsində hüquqi təqibin başlanmasını qanuni hüququ kimi saxlayır".

Newscenter.az xəbər verir ki, bunları Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri David Seliverstov deyib. Onun sözlərinə görə, bu kontekstdə universal yurisdiksiya prinsipinin tətbiqi ayrıca hüquqi müstəvidə nəzərdən keçirilir:

"Xüsusilə də ifadə azadlığı anlayışından sui-istifadə etməklə nifrət ideologiyasının, etnik və dini düşmənçiliyin, eləcə də terror aktlarının legitimləşdirilməsinə xidmət edən əməllər üzrə nəzərdən keçirilir.

Qeyd edilən siyasət tənqid və fikir plüralizmi ilə mübarizə deyil, beynəlxalq hüququn sərhədlərini aşan və real təhlükə yaradan informasiya cinayətlərinə qarşı qaçılmaz hüquqi cavab mexanizminin formalaşdırılması məqsədi daşıyır. Dövlətlərin və xalqların təhlükəsizliyi, insan ləyaqəti və hüquqi məsuliyyət prinsipi bu yanaşmanın əsasını təşkil edir.
Bu, siyasi bəyanat deyil — bu, sübutlara əsaslanan hüquqi məsuliyyət prosesidir".

Süleyman
Seçilən
29
1
newscenter.az

2Mənbələr