Britaniyanın hakim partiyası daxilində yüksək səviyyəli diplomatik qalmaqal və daxili idarəetmə böhranı fonunda mümkün liderlik dəyişikliyi barədə söhbətlər güclənir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniyanın Leyboristlər Partiyası Baş nazir Keyr Starmerin istefası ehtimalını müzakirə edir.
Səbəb, əvvəllər Ceffri Epşteynlə əlaqələrinə baxmayaraq, Peter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ilə bağlı yaranan rezonansdır.
“Bloomberg”in məlumatına görə, partiya üzvləri bu addımın hökumətin nüfuzuna ciddi zərbə vurduğunu və siyasi böhranın dərinləşməsinə səbəb olduğunu düşünürlər.