AZ

Mark Levin: “ İran bəşəriyyət üçün təhlükədir”

Oman vasitəsilə İran və ABŞ arasında aparılan nüvə danışıqlarına reaksiyalar davam edir. Vətəninfo.az xəbər verir ki, məşhur amerikalı radio şərhçisi və ABŞ prezidentinin yaxın dostu Mark Levin İslam Respublikasına qarşı diplomatik yanaşmanı sərt tənqid edib.

Levin bildirib ki, ABŞ qüvvələrinin sayının Yaxın Şərqdə sürətlə artırılmasının əsas məqsədi İranın “nasist rejimi” ilə qarşılaşmaq, kütləvi qırğınlara son qoymaq və İran xalqının azadlığını təmin etməkdir. Onun sözlərinə görə, bu qüvvələrdən danışıqlar və ya “kağız üzərində razılaşma” əldə etmək üçün istifadə etmək düzgün yanaşma deyil.

“İran rejimi məhv edilənə qədər bəşəriyyət üçün ciddi təhlükə olaraq qalacaq. Biz sadəcə masada oturmaqla onu dayandıra bilmərik”, – deyə, Levin vurğulayıb.

Seçilən
72
veteninfo.az

1Mənbələr