AZ

BNMİ-nin növbəti əməliyyatı: 21 kq narkotik vasitə aşkarlandı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün keçirilən növbəti tədbir zamanı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
6
21
nocomment.az

10Mənbələr